AZ

Çuvaşiyada məktəb yeməkxanasında yemək yeyən 163 şagird zəhərlənib

Novoçeboksarsk şəhərinin məktəb yeməkxanasında yemək yeyən uşaqlar arasında kütləvi zəhərlənmə baş verib. Belə ki, yeməkdən sonra 163 uşaq zəhərlənmə diaqnozu ilə həkimlərə müraciət edib. Bu barədə Çuvaşiyanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ümumilikdə 34 təcili tibbi yardım çağırışı daxil olub, zəhərlənənlərdən 38-i xəstəxanaya yerləşdirilib, qalanları ambulator müalicə alırlar, həyatları təhlükədə deyil”, - deyə idarədən bildirilib.

Nazirlik aydınlaşdırıb ki, daha 129 nəfər ambulator yardım üçün Novoçeboksarsk tibb mərkəzinə müraciət edib. Onlar yerli pediatr tərəfindən müayinə edilib və mülaicə olunmaq üçün həkim nəzarəti altinda olmaqla evlərinə göndəriliblər..

Hazırda kütləvi zəhərlənmə ilə bağlı sanitar-epidemioloji qaydaların pozulması, ehtiyatsızlıqdan kütləvi xəstəliyə səbəb olan maddə ilə cinayət işi başlanıb.

Oxuməni.az

Seçilən
41
2
oxumeni.az

7Mənbələr