AZ

Maliyyə Nazirliyi 110 milyon manat borc cəlb edəcək

2024-cü ilin 19 və 21 noyabr tarixlərində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Valyuta.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 19 noyabrdakı hərracda 50 milyon manat dəyərində istiqraz yerləşdiriləcək. İstiqrazların tədavül müddəti 728 gündür. İstiqraz alan şəxlərə illik 8 faizlə dividend ödənişi həyata keçiriləcək. 

Faiz ödənişləri 2025-ci il 20 may, 2025-ci il 18 noyabr, 2026-cı il 19 may, 2026-cı il 17 noyabr tarixlərində olacaq.

Noyabrın 21-də keçiriləcək hərracda isə daha 60 milyon manat dəyərində istiqraz satılacaq. Bu istiqrazlar 1092 gün müddətinə tədüvül edilir və faiz dərəcəsi illik 9 faiz təşkil edəcək. Faizlərin son ödəmə tarixi 2027-ci ilin 18 noyabrı olacaq. 

Seçilən
27
1
valyuta.az

2Mənbələr