AZ

İlon Mask bu iki nəhəng şirkətə "müharibə" elan etdi

"SpaceX" və "Tesla"nın sahibi İlon Mask “OpenAI”a qarşı açdığı iddiaya antiinhisarla bağlı məqamları da əlavə edib. Hətta o, bu işə şirkətə sərmayə qoyan “Microsoft”u da daxil edib.

Publika.az xəbər verir ki, dəyişiklik edilən şikayətdə “Microsoft” və “OpenAI”nin yaradıcısının süni intellekt bazarını qeyri-qanuni olaraq inhisara almağa çalışdığı iddia edilib.

Belə ki, avqust ayında edilən ilk şikayətə antiinhisar iddiaları əlavə edilərkən, işə “Microsoft” da daxil edilib.

Yeni təqdim edilən şikayətdə “OpenAI”nin texnologiya nəhəngi “Microsoft” ilə sıx əlaqəsi şirkətin ictimai, açıq mənbəli süni intellektə olan öhdəliyinə zidd olaraq təsvir edilir.

Seçilən
28
2
publika.az

3Mənbələr