AZ

Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə lazımdır - Finlandiyalı deputat

Bakı. Trend:

Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə tələbolunur.

Trend xəbərverir ki, bunu COP29 çərçivəsində Azərbaycan Milli Məclisi vəParlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunanParlament Görüşü zamanı keçirilən “İqlim maliyyəsinin qlobalarxitekturasının təhlili: resursların səfərbər edilməsi və iqlimfondlarına çıxışın sadələşdirilməsi” sessiyasında Finlandiyaparlamentinin üzvü Krista Mikkonen deyib.

"Yaşıl keçidi sürətləndirmək üçün bizə daha çox maliyyəlazımdır. Nə qədər təxirə salsaq, bir o qədər çətinləşir.İqtisadiyyatın mühüm hissələrini itirmək riskimiz var. Biz bilirikki, ölkələrin böyük imkanları var və daha zəngin ölkələr az inkişafetmiş ölkələrə kömək etməlidir. Lakin bu, inkişaf etməkdə olaniqtisadiyyatların öz öhdəliklərindən yayınması üçün bəhanə deyil",- o bildirib.

Mikkonenin sözlərinə görə, 1990-cı illərdə daha az inkişaf etmişhesab edilən ölkələrin bir çoxu hazırda güclü və inkişaf edəniqtisadiyyatlara malikdir və onlar da emissiyalarınıazaltmalıdır.

"Bu, bütün G20 ölkələrinə və bütün Aİ ölkələrinə aiddir. İqlimtəhlükəsinə gəldikdə, böyük məbləğdə pul tələb olunur. Bu, odeməkdir ki, bizə təkcə dövlətin maliyyəsi deyil, həm də özəlsektorun vəsaitlərinin səfərbər edilməsi lazımdır", - obildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Seçilən
92
az.trend.az

1Mənbələr