AZ

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və “Narınqala” Folklor Evinin əməkdaşlarının iştirakı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.

Mərkəzdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə “Müstəqilliyin bərpasına gedən yol” mövzusunda məruzə dinlənilib. Məruzədə Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından, Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Artıq Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə qürur hissi ilə qeyd olunur.

Seçilən
59
tehsil.biz

1Mənbələr