AZ

“SAP”ın Hökumət işləri üzrə direktoru: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal imkanlardan istifadə edir

Azərbaycan hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə şəhər mobilliyi və rəqəmsal hökumət sahəsində potensial imkanlardan istifadə etməsini görmək çox xoşdur.

APA-Economics” xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak edən “SAP” şirkətinin Hökumət işləri və davamlılıq üzrə direktoru Karolina Telejko deyib.

O əlavə edib ki, rəqəmsal texnologiyalar vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan da digər ölkələr kimi, süni intellektdən daha çox istifadə etməli, karbon emissiyalarının monitorinqini aparmalı, onların idarə edilməsi və azaldılmasına nail olmalıdır.

Seçilən
44
5
apa.az

8Mənbələr