AZ

Tramp 27 yaşlı xanımı Ağ Evin mətbuat katibi təyin edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp cümə günü Ağ Evin mətbuat katibi vəzifəsinə 27 yaşlı Karolin Leaviti seçdiyini açıqlayıb.

Ölkə.Az xəbər verir ki, Tramp komanda üzvlərini açıqlamaqda davam etməkdədir. 

“Karolin ağıllı, sərt və özünü yüksək effektiv ünsiyyətçi kimi sübut etmişdir. Mən əminəm ki, o, podiumda üstün olacaq və Amerikanı yenidən möhtəşəm etmək istədiyimiz üçün mesajımızı Amerika xalqına çatdırmağa kömək edəcək”, - Tramp açıqlamasında bildirib.

Leavit seçki dövrü ərzində Tramp kampaniyasının mətbuat katibi vəzifəsində çalışıb və seçkidən sonra da keçid komandasının sözçüsü kimi fəaliyyət göstərməkdədir.

Qeyd edək ki, Leavit Trampın birinci prezidentliyi dövründə də mətbuat katibinin köməkçisi vəzifəsində çalışıb.

Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Stiven Çunqun namizədliyini irəli sürdüyünü açıqlayıb.

Mürtəza
Ölkə.Az

Seçilən
20
1
olke.az

2Mənbələr