AZ

Fliki boğaza yığıb

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçusu Jül Kundenin intizamsızlığından narazıdır.

QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mütəxəssis 26 yaşlı hücumçunu artıq 1 dəfə cəzalandırıb. 

Belə ki, Kunde məşq və oyunlara ümumilikdə 3 dəfə gecikib. Fransalı futbolçu əvvəlcə komandanın mövsümöncəsi məşqlərindən birinə gec gəlib. Sonra o, oyundan öncə vaxtında komandanın yanında olmayıb. Bu səbəbdən Flik "Alaves"lə matçda Kundeni ehtiyat oyunçular skamyasında saxlayıb.

Forvardın 3-cü intizamsızlığı isə "Espanyol"la görüşdən əvvəl olub. O, komandanın yanına 1 dəqiqə gecikib. Bu isə Flikin narazılığının artmasına səbəb olub.

Qeyd edək ki, Kunde cari mövsümdə 17 matça çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.

Seçilən
74
teleqraf.com

1Mənbələr