16 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Nizamnaməyə dəyişiklik edilməsi barədə müzakirə.
2. Səhmin alqı-satqısı barədə müzakirə.
3. Müşahidə Şurasının tərkibi barədə müzakirə.
4. Şirkətə maliyyə köməyinin edilməsi barədə müzakirə.
5. Digər məsələlər.
Qeyd edək ki, “Finex Kredit” BOKT ASC 06 sentyabr 2024-cü il tarixdə Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının keçiriləcəyini bildirmişdi. Gündəlikdəki məsələlər: Müşahidə Şurasının tərkibi barədə və mühüm iştirak payı ilə bağlı müzakirələr idi.