AZ

Bu ölkədə qızlar 9 yaşlarında ərə veriləcək

İraqda səlahiyyətlilər qadınlar üçün nikah yaş həddini 18-dən 9 yaşa endirmək istəyirlər.

Bu barədə "The Telegraph" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti ölkənin "şəxsi status qanunu"nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. O, dini mənsubiyyətindən asılı olmayaraq, iraqlı ailələrin işlərini tənzimləyən hərtərəfli qaydalar toplusunu təşkil edir.

Qadınlar nikah yaşını aşağı salmaqla yanaşı, boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da məhrum ediləcəklər.

Səlahiyyətlilərə görə, qanun qızları "əxlaqsız münasibətlərdən" qoruyacaq. Onlar, həmçinin hesab edirlər ki, yenilik İslam şəriətinin şərhinə tam uyğundur.

Artıq üçüncü dəfədir ki, ölkədə norma tətbiq etməyə çalışılır. İlk cəhdlər 2014 və 2017-ci illərdə edilib, lakin qadınların mənfi reaksiyaları səbəbindən uğursuz olub.

BMT-nin məlumatına görə, ölkədə qanunsuz uşaq nikahlarının sayı çoxdur. Belə ki, qızların 28%-dən çoxu yetkinlik yaşına çatmamış ailə qurur./lent.az

Seçilən
20
3
musavat.com

4Mənbələr