AZ

“ABŞ Konqresinin təsdiq etdiyi yardımın yarısını ala bilməmişik”- Ukrayna prezidenti

Ukrayna 2022-ci ilin fevralından bəri ABŞ Konqresinin təsdiq etdiyi yardımın yalnız yarısını alıb.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Reuters”in məlumatına görə, ABŞ Konqresi 2022-ci ilin fevralından Ukraynaya humanitar və hərbi yardım üçün təxminən 175 milyard dollar ayrılmasını təsdiqləyib.

“Həm demokratlar, həm də respublikaçılar bütövlükdə bu və ya digər yardımın 175 milyard dollarına səs verdilər. Əgər məndən nə qədər aldığımızı soruşsanız, təfərrüatlara varmadan sadəcə deyəcəyəm: “Biz bunun yarısını ala bilməmişik”, – Ukrayna lideri bildirib.

Azpost.info

Seçilən
47
8
azpost.info

9Mənbələr