19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda İrlandiyaya uduzub.
"Football-plus.az" xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da eyni hesabla məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta