AZ

COP29-a həsr olunmuş kütləvi qaçış keçirildi - VİDEO

Bu gün 16 noyabr 2024-cü il  tarixdə Bakı Bulvarında Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində CP29-a həsr olunmuş 29 km-lik kütləvi qaçış keçirilib.

Fanat.az xəbər verir ki, tədbiri giriş sözü ilə klubun direktoru Elşən Quliyev açıb. O öz çıxışında ölkəmizdə hal-hazırda keçirilən mötəbər tədbirin əhəmiyyətindən danışıb. Bundan əlavə qeyd edib ki, COP29-a həsr olunmuş 29 km-lik bu qaçış  eyni zamanda bu ilin dekabr ayının 22-də ölkəmizin idman paytaxtı olan Quba şəhərində təşkil olunacaq Prezident Kuboku uğrunda 100 km məsafəyə qaçış məşqlərinin bir hissəsidir. 

Qubada keçiriləcək 100 km yarışı bitirən atletlər gələn il keçirilməsi planlaşdırılan Bakı-Xankəndi 380 km Ultra Marafonuna vəsiqə qazanacaqlar. O çıxışında qeyd edib ki, Zəfər Qaçış Klubunun Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində təşkil etdiyi həftə sonları kütləvi məşqlərimiz mətbuata açıq şəkildə olacaq. Giriş sərbəstdir.

Atletlər 29 km-lik startdan əvvəl Klubun baş məşqçisi Namiq Əsədovun təlimatlarına əsasən isinmə hərəkətləri ediblər. Qaçışa Bakı Bulvarındakı 7 gözəl Fəvvarəsinin önündən start verilib. İdmançılar Baku Cristall Hall-un qarşısındakı daiərini keçməklə bulvar boyu 3 dairə qaçaraq 29 km məsafəni finiş ediblər.

Tədbirdə İdman TV-nin İdman Xəbərləri redaksiyasının əməkdaşları da iştirak edib. Marşrut boyu atletlərin video və fotoları çəkilib.

                        

                            
Seçilən
27
1
fanat.az

2Mənbələr