AZ

Bu ərazidə 85 milyon illik nadir tapıntı

Türkiyənin Adıyaman bölgəsində bir müəllim tapdığı dəniz kirpisi qalığını muzey işçilərinə təhvil verib.

Publika.az xəbər verir ki, Olğunlar kəndində kimya müəllimi vəzifəsində çalışan Orxan Pamukçu adlı şəxs tapdığı qalığı fərqli bir daşa bənzətdiyi üçün Adıyaman Muzeyinə təhvil verib.

Muzeyin əməkdaşları daşın 85 milyon illik dəniz kirpisi fosili olduğunu təyin edib.

Adıyaman Muzeyinin direktoru Mustafa Çelik jurnalistlərə açıqlamasında qalığın muzey inventarına daxil edilməsi üçün işlərə başladıqlarını bildirib: “Bu qalığın 85 milyon il yaşı var. Muzeyimizdə sərgilənən qalığı yaxın günlərdə ziyarətçilərimizə təqdim edəcəyik”.

Seçilən
29
publika.az

1Mənbələr