AZ

Qırğızıstanın energetika naziri: “Təşkilat çox yüksək səviyyədədir”

“Təşkilat çox yüksək səviyyədədir, hər şey mükəmməl təşkil olunub”

Yenicag.az xəbər verir ki, Qırğızıstanın energetika naziri Taalaybek İbrayev COP29 sammitində iştirak edərək Azərbaycanın yüksək səviyyəli təşkilatçılığını və qonaqpərvərliyini vurğulayıb:

“İlk növbədə, bu konfransı təşkil edənlərə, Azərbaycan xalqına və xüsusilə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan Respublikası Energetika Nazirliyinə təşəkkür edirəm. Nazirliyin dəvəti ilə komandamla birlikdə COP29-a gəldik. Təşkilat çox yüksək səviyyədədir, hər şey mükəmməl təşkil olunub,” – deyə o bildirib.

İbrayev tədbir üçün təşkil edilən nəqliyyat və qalma şəraiti haqqında da məmnuniyyətini ifadə edib:

“Hər 10 dəqiqədə nəqliyyat təmin olunur, səhər pavilyona gəlirik, axşam isə otelə qayıdırıq. Oteldəki şərait çox rahatdır, hər şey uyğunlaşdırılıb”.

COP29 sammiti, dünya liderlərinin və mütəxəssislərinin iqlim dəyişikliyi və enerji keçidi məsələlərini müzakirə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək üçün mühüm bir platforma olaraq diqqət mərkəzindədir. Qırğıstanın energetika naziri bu cür beynəlxalq tədbirlərin qlobal əməkdaşlığın inkişafı üçün əhəmiyyətini bir daha vurğulayıb.

Məsimə Məmmədova

Seçilən
53
yenicag.az

1Mənbələr