AZ

Paşinyandan ermənilərə xatırlatma: Ağrı dağı yox... - Foto

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, onun paylaşımı ölkəsinin ən yüksək dağı ilə bağlıdır.

“Ermənistan Respublikasının ən yüksək dağı Araqat. Maksimum hündürlüyü 4090 metrdir”, - Paşinyan bildirib.

Baş nazir hesabında Araqatın şəklini də dərc edib.

Paşinyan bundan öncə ermənilərin absurd iddialarının əksinə olaraq, Ermənistanın ən yüksək dağının “Ararat” (Ağrı) yox, Araqat olduğunu söyləmişdi. O, ermənilərə xatırlatmışdı ki, Ağrı Ermənistan yox, Türkiyə ərazisində yerləşən dağdır.

Ermənistan lideri bu açıqlamasının ardından Araqat dağının əks olunduğu nəhəng görüntü fonunda mətbuat konfransı keçirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
32
teleqraf.com

1Mənbələr