AZ

COP29-a görə dayandırılan 2 avtobusun fəaliyyəti BƏRPA EDİLİR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, noyabrın 18-dən başlayaraq hərəkət sxemləri bərpa ediləcək marşrutlar 4 və 10 nömrəli marşrutlardır.

“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək”, - deyə AYNA-nın məlumatında bildirilir.

Bizim.Media

Seçilən
48
4
bizim.media

10Mənbələr