AZ

Cənubi Koreya prezidenti Çini mühüm təhlükəsizlik tərəfdaşı adlandırıb

Koreya Respublikasının lideri Yun Seok Yeol Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşdə Pekini mühüm təhlükəsizlik tərəfdaşı adlandırıb.

Bu barədə Yonhap agentliyi məlumat yayıb.

"Çin bizim bütün sahələrdə - təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, humanitar mübadilələrdə sıx əməkdaşlıq etdiyimiz mühüm dövlətdir",- Yun Seok Yeol qeyd edib.

Cənubi Koreya prezidenti həmçinin Çin ilə qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan “strateji əməkdaşlığın” inkişafına ümid etdiyini bildirib.

Seçilən
37
aznews.az

1Mənbələr