AZ

Fransada terrorçular insanları girov götürüblər

Fransada terrorçular Paris ətrafında yerləşən restoranda insanları girov götürüblər.

Demokrat.az
xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. 

Hadisə Paris dairəvi yolundan bir neçə kilometr aralıda yerləşən İssi-le-Mulineaux şəhərində baş verib. Restoranın bir neçə əməkdaşı müəssisə sahibi tərəfindən girov götürülüb. O, binanı mühasirəyə alan polis əməkdaşlarının içəri daxil olmasına mane olmağa çalışır. Hücum edənin motivləri, girovların dəqiq sayı hələlik məlum deyil.

Sentyabr ayında Əl-Qaidə Fransa və İsveçdəki qurumları Quranı yandırdıqlarına görə hücumla hədələmişdi.

İyun ayından etibarən İsveçdə və digər Qərb ölkələrində müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı mitinqlər keçirilir.
Bundan əlavə, Fransa məktəblərdə müsəlman abayasının geyinilməsinə qadağa qoyub.

Xəbər yenilənəcək...

Əfsanə Kamal
Demokrat.az


Seçilən
18
demokrat.az

1Mənbələr