AZ

COP29: Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda “Şəhərdən Kəndə” və “AFAQ” layihələrinin təqdimatı keçirilir

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda “Aqrar tədarük və təchizat” ASC və “PAŞA Holdinq”in dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” və AFAQ layihələrinin təqdimatı keçirilir.

“İki sahil” xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, stenddə “Şəhərdən Kəndə” layihəsinin dəstək göstərdiyi “Sitrus vadisi” və “Tofiqoğlu” bal təsərrüfatında istehsal edilən kənd təsərrüfatı məhsulları sərgilənir və məhsulların keyfiyyəti barədə yerli və xarici ziyarətçilərə məlumat verilir. Həmçinin pavilyonda “Şəhərdən Kəndə” və AFAQ layihələri çərçivəsində dəstək göstərilən fermerlər və onların təsərrüfatları barədə videoçarx nümayiş olunur.

Qeyd edək ki, AFAQ - “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən layihədir. Layihənin əsas məqsədi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi| rifahın yaxşılaşdırılmasına töhfə verməkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi isə aqroturizmin inkişafı istiqamətində həyata keçirilən sosial layihədir. Layihənin məqsədi aqroturizmi inkişaf etdirmək, fermerlər üçün əlavə gəlir mənbələri yaratmaq və turistlər üçün fərqli istirahət imkanı təqdim etməkdir.

Seçilən
40
1
ikisahil.az

2Mənbələr