"YouTube"da qeyri-qanuni filmlərin keyfiyyətli versiyaları peydə olub. "Marvel"dən tutmuş "Venom 3" və "Dune 2" kimi məşhur filmlər platformaya yüklənib, ancaq, demək olar ki, videoların heç bir izahı qeyd olunmayıb və başlayana qədər hansı film olduğunu anlamaq mümkün deyil.
Redaktor.az bu barədə xarici mənbələrə istinadən xəbər verir.
Belə ki, bu tip kanallar maraqlı strategiyadan istifadə edir. Əvvəlcə zərərsiz, müntəzəm məzmun yükləyirlər, sonra "Hollivud" hitlərini buraxırlar. Bununla belə, bu cür kanallar aşkarlanan kimi yox olur və yaradıcıların məzmundan pul qazanmağa vaxtı çatmamış "YouTube" tərəfindən silinir.
Sevinc İBRAHİMZADƏ