AZ

Arabaçı "Binə"də "Chanel"i soydu, səsi Şəmkirdən çıxdı

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Binə” Ticarət Mərkəzində yerləşən məşhur mağazadan oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, oğurluq mərkəzin 4-cü sırasının 3-cü korpusunda yerləşən 72 T nömrəli "CHANEL” (Original "Chanel" brendinə aidiyyatı yoxdur- red.) adlı mağazasında baş erib. 

"Binə” Ticarət Mərkəzində arabaçı işləyən 1982-ci il təvəllüdlü Yaşar mağazanın dam örtüyünü qıraraq, saxlanc yerinə daxil olmaqla 26 min manat dəyərində 447 ədəd müxtəlif markalı və çeşidli qadın geyimləri oğurlayıb. 

Aparılan araşdırma zamanı Yaşarın həmin geyimlərin bir hissəsini Şəmkir rayonunda satdığı məlum olub. 

Məhkəmənin qərarı ilə Yaşar Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilir.

Əhməd
Seçilən
33
1
qaynarinfo.az

2Mənbələr