AZ

Masallıda kütləvi idman tədbiri

Masallıda kütləvi idman tədbiri
 
Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkil etdiyi kütləvi idman tədbirində cüdo, boks, taekvondo, güləş və futbol idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
81 idmançı, 100 yerli sakinin qatıldığı tədbir Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında baş tutub.
Sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin təmin edilməsi məqsədi daşıyan tədbir rayon sakinlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, nümunəvi idman çıxışları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdindəki Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərinin rəhbərliyilə keçirilib.
 
Akif AĞAYEV
 

Seçilən
50
qht.az

1Mənbələr