AZ

Nyu-Yorkda IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib (FOTO)

Bakı. Trend:

Nyu-Yorkda Linkoln Mərkəzinin Bruno Valter zalında IV BeynəlxalqBəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Konserti giriş sözü ilə açan təşkilat komitəsinin rəhbəri NərgizƏliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə müsabiqəninkeçirilməsində göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri, Juilyar məktəbinin bəstəkarlıqşöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner çıxış edərək özfikirlərini bölüşüb.

Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri,həmçinin xalq mahnıları “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu”və s. səsləndirilib.

Gecədə pianoçu, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətininprezidenti, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqəlaureatı, fəlsəfə elmləri doktoru, professor Nərgiz Əliyarova,ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov vəManhetten Musiqi Məktəbinin Kamera Musiqisi Ansamblı da iştirakedib.

Müsabiqənin keçirilməsində məqsəd oğurlanmış, plagiata məruzqalmış xalq mahnılarımızın Azərbaycan mədəniyyətinə aid olduğunudünya musiqi ictimaiyyətinə çatdırmaq və onları geniş təbliğetməkdir. Hər il keçirilən müsabiqəyə Diasporla İş üzrə DövlətKomitəsi dəstək göstərir.

Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Nyu-Yorkda
Seçilən
36
az.trend.az

1Mənbələr