1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransa paytaxtı Parisin İssi-le-Mulino rayonunda restoranın sahibi bir neçə əməkdaşı girov götürüb.
Bu barədə Oxu.Az BFMTV kanalına istinadən xəbər verir.
Məlumata görə, restoran sahibi məkanda barrikada qurub. Hadisə yeri polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Həmçinin, xilasedicilər qrupu da hadisə yerindədir.
İlkin məlumatlara görə, dörd əməkdaş girov götürülüb.