AZ

ŞOK İDDİA - İran məxfi nüvə obyektini itirdi

Oktyabr ayının sonunda İsrail tərəfindən həyata keçirilmiş hava hücumu İranın Parçin şəhərində yerləşən "Taleqan-2" adlı məxfi obyektə ciddi zərbə vurub.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, obyektdə nüvə silahı yaratmaq üçün istifadə oluna biləcək tədqiqatlar aparılıb.

Keçmiş İsrail rəsmisinin sözlərinə görə, hücum zamanı partlayıcı maddələrin hazırlanmasında istifadə olunan mürəkkəb və yüksək texnologiyalı avadanlıqlar məhv edilib.

Məlumata görə, bu avadanlıqlar nüvə qurğularının işə salınması üçün lazım olan xüsusi detonatorların hazırlanmasında istifadə olunub. Hücum nəticəsində bu avadanlıqların sıradan çıxarılması İranın nüvə proqramına ciddi zərər vurub.

Analitiklər qeyd edirlər ki, bu hücum İranın nüvə texnologiyalarını inkişaf etdirmə qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər. 

Musavat.com

Seçilən
59
50
musavat.com

10Mənbələr