AZ

AFFA rəhbərliyi "Sportinfo"nun ŞOK XƏBƏRİnə susdu: "Qərar oldu ki…"

Yığmamız bu gün Millətlər Liqasının C Liqasında beşinci matçına çıxacaq.

I qrupda yer alan komandamız Estoniyanı qəbul edəcək.

Bu göruş, Qəbələdə keçiriləcək (saat 18:00-da).

Saytımız qarşılaşma ilə bağlı AFFA-dan şok məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, federasiya dünən gecə saatlarında Qəbələyə təşrif buyuran qonaq komandanın bütün səfər xərclərini öz üzərinə götürüb.

Hətta onlar üçün sifariş olunan çprter reysinin məsrəfini də AFFA çəkib.

Qurumu külli miqdarda xərcə salan estoniyalı həmkarları olub. Belə ki, Estoniya Futbol Federasiyası bu görüşün əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakıda təşkilini istəyib.

Onlar bunun üstündə israr edib, başqa heç bir variantla razılaşmayıblar.

AFFA hazırda Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasını (COP29) əsas gətirərək, estonların Qəbələyə gəlişini təmin etməli olub.

Bu isə federasiyaya bir neçə yüz min dollar itki hesabına başa gəlib.

Dünən yaydığımız bu informasiya sosial şəbəkələri bir-birinə qatıb. Xəbərə çoxlu sayda şərhlər yazılıb, rəylər paylaşılıb.

Təbii ki. AFFA-nın özündən də reaksiya almaq yerinə düşərdi. Belə də etdik.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Elnur Məmmədli ilə əlaqə saxladıq.

Dəyərli həmkarımız öncə məsələni araşdıracağını söylədi, daha sonra isə «bununla bağlı qərar oldu ki, rəsmi cavab verməyək» söylədi.

Bu, susmaqdır. Susmaq isə adətən, razılıq anlamına gəlir.

AFFA başbilənləri belə bir iş tutmasaydı, heç şübhəsiz, dünəndən bəri ən azı 10 mətbu orqanda təkzib xarakterli açıqlamalar paylaşmışdılar.

SPORTİNFO.AZ

Seçilən
24
1
sportinfo.az

2Mənbələr