AZ

İşğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın,Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı,Mingəçevir-Xankəndi-Laçın, Horadiz-Laçın, Xocalı-Xankəndi-Şuşa,Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəlişəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Trend xəbər verir ki, bubarədə agentliik məlumat yayıb.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 15 dekabr 2024-cü il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədovküçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:050-855-53-55, e-poçt: [email protected])qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyatvasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindənGəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl,Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı,Mingəçevir-Xankəndi-Laçın və Horadiz-Laçın istiqamətlərində 7 Lotüzrə dekabrın 27-də;

Xocalı-Xankəndi-Şuşa və Naftalan-Suqovuşan şəhərlərarası, eləcədə Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə 4Lotda 2025-ci ilin yanvarın 10-da baxılacaq.

Qeyd edək ki, Ağcabədi-Xankəndi-Laçın vəMingəçevir-Xankəndi-Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinintam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yolinfrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqlatənzimlənəcək.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Seçilən
42
28
az.trend.az

10Mənbələr