AZ

Bakının dünyanın ən böyük tədbirinə ev sahibliyi etməsi çox qürurvericidir -

"İlk olaraq, Bakıda olmaqdan duyduğum məmnuniyyəti ifadə etmək istəyirəm. Bakının dünyanın ən böyük tədbirinə ev sahibliyi etməsi həqiqətən də sevindirici haldır".Metbuat.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən COP29 çərçivəsində “Qarabağ” komandasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansını dəstəkləmək üçün Azərbaycana səfər edən türkiyəli tanınmış məşqçi Fatih Terim deyib.Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış mütəxəssis COP29-un Azərbaycanda keçirilməsinin qürurverici olduğunu bildirib: "Tədbirin yüksək səviyyədə təşkili üçün şəhərin hər tərəfində çox gözəl ab-hava yaradılıb. Bu uğurda əməyi olan hər kəsi təbrik edirəm”.

F.Terim göstərdikləri isti münasibət və xüsusi dəvətə görə “Qarabağ”a təşəkkür edib: “Həmkarım Qurban Qurbanovla görüşərək səmimi söhbət etdik. Onu çox sevirəm və hər zaman izləyirəm. Əminəm ki, COP29-un dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə yaradılan alyans növbəti illərdə fərqli komandaların iştirakı ilə daha da güclənəcək".

Seçilən
27
1
metbuat.az

2Mənbələr