AZ

Kerimcan Durmaz məndən 180 min avro aldı iddiası: Məşhur fenomen səssizliyini pozdu

 Almaniyada yaşayan Çağla Çətin adlı qadın “Kerimcan Durmaz evlilik yalanı ilə məni 180 min avro aldatdı” deyərək xəbərlərə mövzu olub. Hər kəsi şoka salan iddiadan sonra məşhur fenomenin nə deyəcəyi maraq doğurub. 
 "Sherg.az" xəbər verir ki, Bomba iddiaları ilə bağlı günlər sonra  Kerimcan Durmaz səssizliyini pozdu.    

Çağla Çətin Kerimcan Durmazla 2016-cı ildə tanış olduğunu və Durmazın tez-tez Almaniyaya onu görməyə gəldiyini bildirib.
 Durmazın konsert pulunu verdiyini iddia edən Çətin 7 ildə 180 avro itirdiyini və hamısının qəbzinin olduğunu bildirib. Məşhur fenomenin ətrafında fərqli davrandığını ifadə edən Çətin, "Niyə məni 7 ildir aldatdın? Saatımı geri istəyirəm, mənim üçün çox qiymətli saat idi. Ondan mənə pul verməsini istəyirəm. O, mənimlə olanda çox fərqli idi. Kişi kimi davranırdı. Hər şeyi şouya görə edirdi, mən də inanırdım"- dedi.

Dələduzluqda ittiham olunan Kerimcan Durmaz hadisədən günlər sonra ilk dəfə danışıb.

İddiaları qəti şəkildə təkzib edən Durmaz bu ifadələrdən istifadə edib:
"Dostlar, belə cəfəngiyyatlardır. Məndən izahat gözləyirsiniz, bəs mən nəyi izah edim? Bu ittihamlara, iddialara, ittihamlara? Mən bu adamlara açıqlama verim? Onların oyuncağı olum? Bu şeylər artıq bitdi, keçmişdə qaldı. Heç kimsəyə cavab vermirəm. Ancaq qanuni yolla ünsiyyət qura bilərik” Hər gördüyünüz şaiyə inanmayın.
Seçilən
21
sherg.az

1Mənbələr