AZ

Azərbaycan - Estoniya matçı BAŞLADI

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

Bizim.Media xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlir. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşüb.

Ən zəiflərin yer aldığı D liqasına yuvarlanmamaq üçün bu gün millimiz mütləq Estoniyaya qalib gəlməlidir. Üstəlik, turnir cədvəlində rəqibi geridə qoymaq üçün Fernandu Santuşun komandası minimum 2 top fərqi ilə üstün olmalıdır.

Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Tallində yığma komandamız üzərində 3:1 hesablı qələbə qazanan estonlar isə 3 xalla üçüncüdürlər.

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.

UEFA Millətlər Liqası

C liqası, V tur

16 noyabr

18:00. Azərbaycan - Estoniya - 0:0 (Birinci hissə)

Baş hakim: Con Beaton (Şotlandiya)

Qəbələ şəhər stadionu

Bizim.Media

Seçilən
49
15
bizim.media

10Mənbələr