AZ

Pərviz Şahbazov belçikalı həmkarı və GWEA prezidenti ilə müzakirələr apalıb

Energetika naziri Pərviz Şahbazov COP29 tədbiri çərçivəsində Azərbaycanda səfərdə olan Belçikanın energetika naziri Tinne Van der Straeten və Almaniya Külək Enerjisi Assosiasiyasının (GWEA) prezidenti Babel Haidebroek ilə görüşlər keçirib.

"Operativ Media" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Belçika rəsmisi ilə görüşdə COP29-un enerji təşəbbüslərinin enerji keçidi üçün zəruri olan komponentləri əhatə etməklə bərpa olunan enerji mənbələrinin üçqat, enerji səmərəliliyinin isə iki dəfə artırılmasına dəstək verdiyi qeyd olunub. BƏƏ-Azərbaycan-Braziliya üçlüyünün əhəmiyyətindən və qəbul olunmuş öhdəliklərin monitorinqinin zəruriliyindən danışılıb. Azərbaycanın iştirakı ilə Xəzər və Mərkəzi Asiyadan başlayan enerji dəhlizlərinin “yaşıl enerji” keçidi və təchizatın diversifikasiyasına töhfə verəcəyi bildirilib. Bu layihələrin regional enerji əməkdaşlığını təmin edən perspektivlərinə toxunulub.

GWEA prezidenti ilə görüşdə isıə Azərbaycanın “yaşıl enerji”yə transformasiyası və COP29-un enerji təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri üzrə irəliləyişlər müzakirə edilib. Avropa, o cümlədən alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı və “yaşıl enerji dəhlizləri” layihələri çərçivəsində istehsal, avadanlıqlarla təchizat, ötürmə infrastrukturunun qurulması, eləcə də “yaşıl elektrik enerjisi” və “yaşıl hidrogen”in alıcısı kimi bütün komponentlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Seçilən
19
4
operativmedia.az

5Mənbələr