AZ

Lukaşenko Gucci, Versace və digər brendləri təqib etməməyə çağırıb

Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşlarını qərb brendləri olan Gucci , Versace və digər brendlərin arxasınca düşməməyə çağırıb. Bu barədə TASS məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, belaruslar öz təbii paltarlarını geyinməli və övladlarına bunu öyrətməlidirlər.

Lukaşenko həmçinin vurğulayıb ki, yerli hakimiyyət nəhayət ölkədə kətan emalı məsələləri ilə məşğul olmaq niyyətindədir. Kətan Belarusun rəmzlərindən biridir, o, ölkənin gerbində təsvir olunub.


Aytac 

www.anews.az
Seçilən
23
anews.az

1Mənbələr