![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/16/1/ff684cf6-ba2e-4035-891b-5cf132721be2/co-cil-bayden.jpg)
ABŞ Prezidenti Co Bayden deyib ki, həyat yoldaşı Cil Bayden bəzən onu kosmosa göndərməklə hədələyir.
Yeniavaz.com “New York Post”a istinadən xəbər verir ki, siyasətçi bu barədə Perunun rəhbəri Dina Boluarte ilə görüşü zamanı danışıb.
Baydenin sözlərinə görə, həyat yoldaşı hər dəfə onun “sözə baxmadığını” düşünəndə siyasətçini kosmosa göndərmək üçün NASA rəhbəri Bill Nelsona zəng edəcəyini deyir.