“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a özəl açıqlamasında iqlim dəyişikliyi ilə mübarizənin gənclər və uşaqlardan başlamasının vacibliyini vurğulayıb. O bildirib ki, məktəblərdə iqlim dəyişikliyi mövzusu ilə bağlı geniş maarifləndirmə tədbirlərinə ehtiyac var:
"Uşaqlar bizim gələcəyimizdir. Onlara iqlim dəyişikliyinin təsirlərini izah etməli, bu məsələnin əhəmiyyətini başa salmalıyıq. Bu sahədə təbliğat işləri genişləndirilməli, ekoloji maarifləndirmə tədbirləri məktəblərdə keçirilməlidir."
İradə Həsənova həmçinin, Azərbaycanda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı tədbirlərin önəmini qeyd edib və bu istiqamətdə QHT-lərin rolunun artırılmasının vacibliyini bildirib:
"Biz bu sahədə daha çox iştirak etməli, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik. Bunun üçün QHT-lərə daha çox dəstək göstərilməli, onların fəaliyyətləri daha geniş çərçivədə həyata keçirilməlidir. Bu mövzu 2030-cu ilə qədər aktual olaraq qalacaq və bu istiqamətdə QHT-lərin rolu artmalıdır."
Pərvanə Fərhadqızı