Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində MaliyyəKəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu – Eqmont Qrupununicraçı katibi Jerom Byumontla görüşüb.
Trend xəbər verirki, görüşdə Eqmont Qrupun strateji məqsədləri və maliyyəmonitorinqi sistemi və prinsipləri barədə məlumat verib. Ölkəmizdəmaliyyə monitorinqinin beynəlxalq standartlara uyğunformalaşdırılması və inkişaf etdirilməsi istiqamətindəreallaşdırılan tədbirlər diqqətə çatdırılıb, bu istiqamətdə –Eqmont Qrupu ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinətoxunulub.
Tərəflər yaşıl iqtisadiyyatın inkişafı istiqamətində həyatakeçirilən tədbirlər, fiskal mexanizmlərin dayanıqlı inkişaf üçünfaydaları və potensial sahələrdə əməkdaşlıq məsələləri barədə fikirmübadiləsi aparıblar.