AZ

“Onlar yenə böyük pullar qazanmaq istəyirlər və bunun üçün yenə müharibəyə ehtiyac var”

“Dünyadakı erməni lobbisi bundan öncə olduğu kimi, yenə də böyük pullar qazanmaq istəyir və bunun üçün onların yenə də müharibəyə ehtiyacı var”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Vətən müharibəsindən sonra bölgədə sülhün mövcudluğu erməni diasporunu pul qazanmaq imkanındna məhrum edib:

 

“Erməni diasporu hər zaman erməni xalqının faciələrindən böyük pullar qazanıb, müharibə faktorundan istifadə edərək milyonlara sahiblənib. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldakı torpaqlarını azad etməsi, müharibəyə son qoyması erməni diasporunu ənənəvi gəlirindən məhrum edib. Buna görə də erməni diasporu yenidən müharibənin alovlanmasıdna maraqlıdır. Çünki müharibə olarsa, o zaman erməni diasporu bunu əlində bayraq edərək guya erməni xalqına yardım adı ilə pul dilənməkdə, öz cibini bu adla dodlurmaqda davam edəcək.

 

Bu mənada, əminliklə demək olar ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin artmasında, qarşıdurmanın yaranmasıdna maraqlı olan tərəflərdən biri erməni diasporudur. Erməni xalqı erməni diasporunun əsl niyyətini anlamalı, onların vəd etdiyi dəstəyin yalandan başqa bir şey olmadığı, onların yalnız öz gəlirlərinin qayğısına qaldığını anlamalıdır”.

 

Seymur ƏLİYEV

Seçilən
33
moderator.az

1Mənbələr