AZ

Britni Spirs pərəstişkarlarını aldadıb

Məşhur amerikalı müğənni Britni Spirs izləyicilərini aldatmaqda ittiham olunur. Sənətçi bu yaxınlarda yaratdığı yeni zərgərlik brendi ilə social şəbəkəni bir-birinə qatıb. 

News24.az-ın məlumatına görə, ifaçının “B Tiny” adlanan zərgərlik biznesini noyabrın əvvəlində fəaliyyətə başlayıb. 

Məşhur öz sosial şəbəkələrində ilk kolleksiyaya daxil olan məhsullarının kadrlarını paylaşıb.

O, öz paylaşımında "Bunlar inanılmaz dərəcədə müxtəlif və unikal parçalardır! Mən çox həyəcanlıyam! Rəssam olmağın və ehtirasınızı müxtəlif formalarda ifadə etməyin nə qədər dərin olduğunu dərk edirəm! “B Tiny” tezliklə satışda olacaq! Qızlar, bunu mütləq bəyənəcəksiniz!", - deyə qeyd edib.

Bununla belə, social şəbəkə istifadəçiləri Britninin zinət əşyalarında qəribəlik hiss edib. Məlum olub ki, onun məhsulları müğənninin dediyi kimi eksklüziv deyil. Fakt budur ki, "Etsy" mallarının satış saytında sənətçinin zinət əşyalarına çox bənzəyən məhsullar görülüb. Onların qiyməti 122 və 143 dollar idi.  Şəbəkə istifadəçiləri pop-divanın onları aldadaraq başqalarının aksessuarlarını daha yüksək qiymətə və öz adı ilə satdığından şübhələniblər.

Müğənninin fanatı onun paylaşımına "Deyəsən, Spirs bizim axmaq olduğumuzu düşünür" şəklində şərh yazıb.

Britninin zərgərlik əşyaları hazırda satışda deyil; O, hələlik bu hadisə ilə bağlı açıqlama verməyib./lent.az

Seçilən
49
1
news24.az

2Mənbələr