AZ

Demokratlar partiyasının ABŞ Senatına namizədi yol qəzasında öldü

 

ABŞ-ın Arizona Senatına Demokratlar partiyasının namizədi Con Maklin Respublikaçı namizədə uduzduqdan bir gün sonra qəza nəticəsində həlak olub. Onun avtomobili sərxoş sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub.

KONKRET.az xəbər verir ki, bu barədə Associated Press nəşri yazıb.

Polis departamentindən verilən məlumata görə, 68 yaşlı Con Maklin səhər saat 6 radələrində doğulduğu Tuson şəhərində Toyota RAV4 markalı avtomobili idarə edərkən digər “Ford Explorer” avtomobili dayanma nişanında saxlaya bilməyib və yüksək sürətlə onun avtomobilinə dəyib.

“Ford Explorer”in sürücüsü, 27 yaşlı Maykl Martin Kril ciddi xəsarət almayıb. O, adam öldürmək, sərxoş vəziyyətdə avtomobil idarə etmək maddələri ilə şübhəli bilinərək həbs edilib və Pima dairəsinin həbsxanasına salınıb.

KONKRET.az

Seçilən
24
konkret.az

1Mənbələr