AZ

Cəlilabadda ətrafı zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində növbəti profilaktik tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.

Seçilən
59
7
adalet.az

10Mənbələr