AZ

Nikol seçki kampaniyasına başladı – Erməni vəkil

 

“Nikol seçki kampaniyasına başladı. Və burada əlamətdar olan onun saqqalını qırxması deyil, yenidən müxalifət rolunda olmasıdır. O, 7 il hakimiyyətdə olması faktını bir kənara atacaq və hər şeyə yalnız özünin cavabdeh və günahkar olduğunu açıqlayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni vəkil Yervand Varosyan Facebook səhifəsində yazıb.

“Sanki dünən göydən düşmüş bu sadəlövh adam yumru gözləri ilə ətrafındakı vəziyyətə heyran olmaq, baş verənlərə qəzəblənmək üçün qışqıracaq və bütün bunların ayıb olduğunu deyəcək.

O, bu tamaşa çərçivəsində bir neçə şəxsi də qurban verəcək və “Ermənistanı çirkin hadisələrdən təmizləyək” şüarı ilə seçkiyə gedəcək. Bu cəmiyyət başa düşəcəkmi ki, saqqallı qırxılmış bu adam onları axmaq yerinə qoyur? Təbii ki, yox. Digər partiyalar bu təlxəyə qarşı effektiv mübarizə aparmaq üçün qüvvə formalaşdıra biləcəkmi? Acı təcrübə bunun mümkün olmadığını göstərir.

Nəticədə isə ola bilsin ki, ideyasız, sırf pul xatirinə yaşayan, hər şeyə uyğunlaşan, yumşaq desək, savadsız insanlar bu bölgəni tərk edəcəklər”, deyə o, qeyd edib.

KONKRET.az

Seçilən
38
konkret.az

1Mənbələr