AZ

Meksika inqilabının üzü çapıqlısı: Edam əsgərləri 9 güllə vurdular, amma... - Tarix

Edam və ya ölüm hökmü cəza növü kimi insanı həyatdan məhrum etməkdir. Bu, həm hüquqi, həm də cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bəzi ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün çox yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.

Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İran parlamentinin 2007-ci ildə qəbul etdiyi son qanunla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayanlar da edam edilir.

Səudiyyə Ərəbistanında dini inanclara qarşı çıxan, Allaha şəkk gətirən, narkotik maddə satan, Çində adam oğurluğu ilə məşğul olanlar, adam öldürənlər və başqaları ölümə məhkum olunurlar.

Kommunist Çin Xalq Respublikasında ölüm hökmü verilən məhkumların çoxluğunu uyğur türkləri tutur. Beynəlxalq təşkilatların məlumatlarına görə, müxtəlif ittihamlarla öldürülən uyğurların sayı yüzlərlədir. Urumçidəki Liudavan həbsxanasında hər ay 30-dək insan işgəncəylə ölümə məhkum edilir.

 Untitled

ABŞ-nin həbsxanalarında bu gün ölüm hökmünün icrasını gözləyən 973 məhkumun olduğu bildirilir. Bunların böyük əksəriyyəti Afrika və Latın Amerikası əsilli şəxslərdir.

Müsavat.com 9 güllə ilə edam olunan, lakin həyatda qalan meksikalı Venses Lavoquel haqqında maraqlı faktları təqdim edir.

Tarixə Meksika inqilabı və ya Meksikada vətəndaş müharibəsi adı ilə daxil olan qanlı olaylar 7 il (1910-1917) davam edib. İnqilab Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdı. Üsyanın başlama səbəbi də elə məhz Diasın 1910-cu ildə yenidən Meksika prezidenti seçilməsi olur. Çünki onun diktaturası dönəmində ölkənin ABŞ-dən asılılığı artmış və əhalinin sosial rifahi xeyli azalmışdı.

 Vətəndaş müharibəsi dövründə əhalinin sayı müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər , 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.

Venses sıravi bir əsgər idi və diktatura əleyhinə döyüşən inqilabi orduda yer almışdı. Meksikada vətəndaş müharibəsi 4 mərhələyə bölünmüşdü.

İnqilbın 4-cü mərhələsində (1914-cü ilin iyulundan 1917-ci ilin fevralına qədər) -1915 ci ildə inqilabi orduya başçılıq edən Panço Villa Diasın ordusuna məğlub olur. Sağ qalan inqilabçılar diktator qüvvələrinə təslim olurlar. Döyüşdən sağ çıxıb təslim olanlar arasında Venses de var idi. Diktator Dias tərəfdarlarına inqilabçıların mühakimə olunmadan dərhal edam olunmasını ( güllələnməsini) əmr etmişdi. Həmin dönəmdə güllələnmənin xüsusu qaydası var idi. Hər şey məhkumun ölümünün həyata keçməsi üçün hesablanmışdı.

Meksika İnqilabı zamanı edam üçün “atəş dəstəsi üsulu”na üstünlük verilirdi. Atıcı heyəti eyni vaxtda silahlarını atan 9 əsgərdən ibarət idi. Əsgərlərdən sonra edam edilməli olan məhbusun həyati orqanlarından birini nişan alan və ölümcül zərbəni endirən zabit atıcı idi. Zabit hansi orqana son ölümcül atış edəcəyinə özü qərar veridi.

Bütün silahdaşları güllələndikdən sonra növbə Lavoquelə çatır. Öncə edam əsgərləri onu güllələyir. Sonra zabit yaxınlaşıb al-qan içində ağrıdan çırpınan inqilabçının başına atəş açır. Zabitin hesablamasına görə bədənə açılan güllədən insan sağ qala bilər, amma başa açılan güllə zərbəsi birbaşa beyini parçaladığı üçün əsla qurban sağ qala bilməz.

Edam psosesindən sonra məhkumlar dərhal dəfn olunmadı və diktatorun əsgərləri meyitləri elə ordaca tərk edib getdilər. Venses ağrılar içində vurulduğu yerdə uzanmışdı. 9 güllə yarası onu nəinki öldürməmiş, hətta beynini də zədələməmişdi!

Döyüşçü belə vəziyyətdə necə davranacağını çox yaxşı bilirdi. Dərhal nəfəsini tutdu və tərpənmədən yıxıldığı yerdə qalmağa davam etdi.

Edam əsgərləri getdikdən sonra sürünə-sürünə hadisə yerindən uzaqlaşdı və ətrafa baxdı. Tale onun üzünə hələ də gülürdü- güllələndiyi əraziya yaxın bir kilsə var idi! Özünü kilsəya çatdıran inqilabçıya dərhal tibbi yardım göstərildi və bədənindəki güllələr çıxarıldı.

Venses sağalsa da, üzə çıxmağa tələsmir və hadisələrin gedişatını izləyir. Silahdaşları get-gedə xalqın dəstəyi ilə qələbəyə doğru addımlayırlar. Və nəhayət 2 il sonra – 1917-ci ildə Diaz devrilir, Meksikada prezident seçkiləri keçirilir və konstitusiya qəbul olunur.

Venses həm inqilaba, həm də ölümə qarşı zəfər qazanır. Bundan sonra o bütün ölkəyə sağ olduğunu elan edir. Onun sağ qalması ölkə gündəmini bir daha “silkələyir”. Xalq ona “El Fusilado” –yəni “edam olunan adam” ləqəbi verir.

Bütün Meksikada tanınan Vensesin şöhrəti ABŞ-yə əa çatır. Elə keçmiş inqilabçının da ABŞ-də yaşamaq çoxdankı arzusu idi. Üstəlik, 7 illik məşəqqətli müharibə həyatı və dostlarının itkisi, edam olunması ona sarsıdıcı psixoloji travma vurmuşdu.

Untitled

Vensas Lavaquel ABŞ-yə köçür. Onu tanımayan da üzündəki deformasiyanın səbəbini soruşmağa başlayır. Keçmiş inqilabçı da səbirlə bütün soruşanlara hadisəni olduğu kimi danışır. Get-gedə Vensas ABŞ-də də məşhurlaşmağa başlayır.

lakin onun əsl tanınması 1937-ci ildə, Ohayo ştatının Klivlend şəhərində "Ripley's Believe It or Not" radio şousunda qonaq olanda baş tutdu. İştirak etdiyi radio verilişindən sonra ABŞ-də həqiqətən o qədər sevildi ki, NBC xəbər kanalı insanların bu qəhrəmanı canlı izləməsi üçün ABŞ-də turneyə başladı. Tur zamanı Vensas insanlara çapıqlarını göstərir və hekayəsini danışırdı. İnsanlar onu əsl qəhrəman kimi görəndə, o, rejissorların diqqətini çəkdi və Lavaquel bir çox layihələrə ilham verdi.

Güllələnəndən sonra uzun illər sağlam şəkildə ABŞ-də istədiyi həyatı yaşayan Vensas Lavaquel 1975-ci ildə vətəni Meksikaya gəlir. Elə buradaca 85 yaşında qəfildən vəfat edir. Mənbələr onun xəstə və ya nasaz olmadığını qeyd edir.

Onun ölümü hər 2 ölkədə sevənlərini sarsıdır. Uzun illər onun həyat yolu kino aləmində yüzlərlə ssenariya ilham olur. Onun şərəfinə ingilis qrup Chumbawamba 2008-ci ildə 'El Fusilado' adlı mahnı təqdim edir.
Şahanə Rəhimli
Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr