AZ

COP29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində 'City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future' (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutacaq.

"Operativ Media" xəbər verir ki, 20 noyabr tarixində keçirilən tədbirdə AYNA-nın nümayəndəsi və nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, 'City for People' konseptinin təqdimatını, görüləcək işləri, layihələri və ekosistemin sağlamlığının təkmilləşdirilməsi barədə açılış nitqi söyləyəcəklər. Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunacaq və panel sessiyasında müzakirə ediləcək. Panelistlər qismində AYNA-nın nümayəndəsi, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov, AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli tədbirə dəvət olunub. Qonaqlar ekoloji təhlükəsiz taksi xidmətləri, Bakıda mikromobilliyin genişləndirilməsi və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparacaqlar. Həmçinin, Bakıya 6500 km-dən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının üzvü Giyem Otraj (Guillaime Otrage, COP29 Ride Team) davamlılıq mövzusunda, iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşəcək. Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri, Paşayeva Maarifə tərəfindən aparılacaq.

Seçilən
94
4
operativmedia.az

5Mənbələr