AZ

Estoniyalı: “Bizimçün üç xallıq heç-heçə oldu”

Estoniya millisinin baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İki oyunda Azərbaycana məğlub olmadınız. Millimizi nədə üstələdiniz?
– Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

– Qarşınıza qoyulan hədəf nədir?
– Milli komandanın irləlilyişini təmin etmək. Üzərində işlənəli olduğumuz çox şey var.

– Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?
– Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik. Bizimçün üç xallıq heç-heçə oldu.

– Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?
– Stadionu çox bəyəndim. Çox xoşbəxtsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

Seçilən
30
futbolpress.az

1Mənbələr