AZ

“Araz-Naxçıvan” sıxdı, sıxdı, sonda vurdu - REPORTAJ

Araz-Naxçıvan – Sumqayıt 1:0 (0:0)
12. Kristian Avram – 6,0
5. Qara Qarayev – 6,0
34. Urfan Abbasov (k) – 6,0
(22. Elçin Mustafayev, 85) – qiymətsiz
26. Ömər Buludov – 5,5
(2. Slavik Alxasov, 79) – qiymətsiz
24. Mustafa Əhmədzadə - 5,5
(7. Ülvi İsgəndərov, 85) – 5,0
16. Ramon Maçado – 6,5
17. İssuf Paro – 5,5
14. Miço Kuzmanoviç – 5,0
(23. Nuno Rodriges, 59) – 5,5
4. İqor Ribeyro – 6,0
97. Felipe Santos – 6,0
10. Bernardo Dias – 6,0
(21. Sezar Meza Kolli, 59) – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
1. Vüsal Şabanov
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado

1. Mehdi Cənnətov – 6,5
14. Elvin Bədəlov (k) – 5,5
7. Rövlan Muradov – 6,0
(2. Sertan Taşkın, 77) – 4,5
17. Murad Xaçayev – 5,5
30. Kamran Quliyev – 5,5
(10. Rəhim Sadıxov, 63) – 4,5
8. Səbuhi Abdullazadə - 5,5
(20. Ayxan Süleymanlı, 89) – qiymətsiz
19. Roy Kehat – 6,0
95. Miloş Miloviç – 6,0
12. Georgi Karaişvili – 5,5
(6. Vüqar Mustafayev, 63) – 5,0
99. Silvanus Nimeli – 6,0
23. Cordan Rezabala – 5,5
(60. Tresor Mossi, 77) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
41. Uğur Cahangirov
9. Nikola Vuynoviç
5. Alan Dias
77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov

Qol: Ü.İsgəndərov, 87.
Vərəqələr: E.Bədəlov, 60 (qeyri-idman hərəkəti). M.Miloviç, 73 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov (Bakı).
10 noyabr. Bakı. “Liv Bona Dea Arena”. 170 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

İştah diş altındadı! Bu ifadə inanılmaz seriya yaxalayan “Araz-Naxçıvan”ın durumunu ifadə etmək üçün tam yerinə düşür. Vaqif Cavadovun rəhbərliyi altında keçirdiyi ilk iki oyunda uduzmayan “Sumqayıt”la qarşılaşmada da “qırmızı-ağlar”ın yeganə hədəfi qələbə idi.

İlk 15 dəqiqə qarşılıqlı hücumlar şəraitində keçdi. Düzdü, bu zaman kəsiyində “kimyaçılar” hesabı açmağa daha yaxın oldu. Nimeli qapı qarşısına ötürmə versə də, Rövlanın zərbəsində azacıq dəqiqlik çatmadı. 19-cu dəqiqədə Rövlanın cərimə meydançasına ötürməsini Karaişvili başla tamamlasa da, top qapıdan aralı keçdi. 29-cu dəqiqədə Qara – Santos - Bernardo kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə bitirdi. “Araz-Naxçıvan” 2-ci hissədə hücumların intensivliyini daha da artırdı. 49-cu dəqiqədə Felipe Santosun qapı qarşısına ötürməsini Maçado qeyri-dəqiq baş zərbəsi ilə tamamladı.

Oyun sona yaxınlaşdıqca naxçıvanlıların da təzyiqi artırdı. Belə sərt təzyiq, nəhayət, bəhrə verdi. Ənənəvi Santon – Maçado tandemi növbəti dəfə özünü doğrultdu. Ramonun sol ayaqla vurduğu zərbə o qədər qüvvətli olmasa da, Cənnətov topu qapıdan uzaqlaşdıra bilmədi. Belədə cəmi iki dəqiqə əvvəl meydana çıxan Ülvi İsgəndərov topu qapıdan keçirməkdə çətinlik çəkmədi. Məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdıran “Araz-Naxçıvan”a rəqibləri artıq daha ciddi yanaşmağa məcburdu. Yoxsa...

Gözdən qaçmadı
* Hesabı göstərən tablo oyunun əvvəlindən axırına qədər işləmədi.
* Sumqayıtlı azarkeşlər tez-tez referini təhqir edirdi.

ƏSƏD SEYİDOV

Seçilən
43
football-plus.az

1Mənbələr