AZ

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

"Güvən 2013" Məhdud Məsuliyyətli Cəmiyyəti iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu üzrə məhkəməyə verilib.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

Sadiq İsbəndərli

Seçilən
86
8
valyuta.az

10Mənbələr