AZ

Mask demokratların məğlubiyyətinin səbəbini açıqladı

"Demokratlar Partiyası xalqla əlaqəni itirdiyinə görə seçkilərdə biabırçı nəticələr göstərdi".

Bakupost.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask "X"də yazıb.

“Onlar o qədər sola getdilər ki, xalqdan ayrıldılar, buna görə də seçkilərdə belə amansız məğlubiyyətə uğradılar”, - Mask vurğulayıb.

Respublikaçı Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə rəqibi, Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirərək Nümayəndələr Palatasında çoxluq əldə etdilər. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Mask Trampın seçki kampaniyasını fəal şəkildə dəstəklədib. Seçilmiş prezident daha əvvəl bildirmişdi ki, Mask biznesmen Vivek Ramasvami ilə birlikdə hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə ilə məşğul olacaq yeni departamentə rəhbərlik edəcək.

Zaur, BakuPost
Seçilən
32
bakupost.az

1Mənbələr