AZ

“Niyə bu qədər çox içmişəm?”

...Balaşixada bir kişi “Niyə bu qədər çox içmişəm?” deyərək skamyada ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 5-tv.ru saytıbildirib.

Deyilənlərə görə, onu hadisə yerinin yaxınlığında yerləşən qaraj kooperativinə gələn yoldan keçən biri aşkar edib.

Hadisə şahidi bildirib ki, 30-35 yaşlı qırmızı saqqallı kişini ağır sərxoş vəziyyətdə tapıb.

Onun sözlərinə görə, naməlum şəxs dəfələrlə “Niyə bu qədər çox içmişəm?”ifadəsini işlədib.

...O, özünə qarşı heç bir qanunsuz əməli barədə məlumat verməyib.

...Hadisə şahidi öz qarajına girib və 40 dəqiqə sonra skamyaya qayıdanda həyat əlaməti olmayan həmin adamı tapıb.

Hadisə yerinə gələn təcili xidmətlər onun ölümünü qeydə alıb. Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Nazlı Almuradova

Seçilən
40
sia.az

1Mənbələr