AZ

İnsanların hərəkətsiz olması böyük problemdir...

“İnsanların hərəkətsiz olması böyük problemdir.

Bu da onlara təsir edir və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.

İnsan oturaq həyat keçirirsə, onda az, idmanla məşğul olursa, bir qədər çox qlükoza qəbul etməlidir”. 

Bu fikri Hit.az-a professor, tibbi ekspert Adil Qeybulla deyib. 

O bildirib ki, şəkər xəstəliyi bu gün dünyanın əsas problemlərindən biri sayılır. Bu, qanda xolestrinin artması, maddələr  mübadiləsi prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xəstəlik insanda əmək qabiliyyətinin itirilməsi, müxtəlif fəsadların əmələ gəlməsinə səbəb olur:

 “Xüsusən də ağrı çəkili şəxslərin əksəriyyətində qlükoza pozulur və şəkər xəstəliyinə meyillilik artır. Məmurlar, müxtəlif imkanlı təbəqədən olan insanlar arasında bu xəstəliyin yayılmasına səbəb olan ən birinci faktorlar həddindən artıq çox və yağlı qida qəbul etmək, az hərəkətli olmaq və təbii ki, stressdir”.

Həkimin dediyinə görə maddələr mübadiləsini qaydaya salmaq və şəkərin miqdarını endirmək üçün müxtlif dərman preparatları istifadə olunub. Bunlar arasında ən çox istifadə olunan və üstünlük veriləni tərkibi metformin olan dərmanlardır: 

“Şəkər xəstələri üçün nəzərdə tutulmuş siofor, qlukofaş kimi dərmanlar var ki, onların hamsının tərkibi metformindir. Arıqlamaq istəyən, artıq çəkidən əziyyət çəkən xanımlar bu dərmanlardan istifadəyə üstünlük verir. Metformin çəkini aşağı salan maddədir. Davamlı olaraq qəbul etdikdə, çəkini azaldır”.

Sevinc

Seçilən
62
hit.az

1Mənbələr