AZ

Orxan Məmmədov COP-29 çərçivəsində klubların mötəbər toplantısında - Şəkillər

style='margin-bottom:10px;'>

Məlum olduğu kimi, bu gün “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində xarici futbol klublarının da iştirakı ilə toplantı keçirlib.

QOL.az xəbər verir ki, toplantının yekununa əsasən, iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaradılb.

“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda 11 klub - “Qarabağ”’(Azərbaycan), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) yer alıb.

Qeyd edək ki, toplantıda iştirak edən fəxri qonaqlar arasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov da olub.

Seçilən
33
3
teleqraf.com

4Mənbələr